Tarkandan ofisantlara inanılmaz miqdarda BƏXŞİŞ - FOTO

Tarkandan ofisantlara inanılmaz miqdarda BƏXŞİŞ - FOTO
16:53 28 Aprel 2017
136 Şou
Ölkə mətbuatı
A- A+

Tarkan 195 Tl-lik hesaba 1750 TL bəxşiş qoyub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, meqa ulduz doğulub böyüdüyü Almaniyaya səfər edib. Müğənni həyat yoldaşı Pınarla birlikdə Almaniyada bir pizza restoranına gedib. O, sifarişlərinə 195 TL (təxminən 100 manat) hesab ödəyib. Çox sevdiyi 2 türk ofisianta isə 450 avro bəxşiş qoyub. İki ofisianta bütövlükdə 1750 TL (təxminən 875 manat) bəxşiş verən ulduz onlarla foto çəkdirib.

Sadəcə mahnıları ilə deyil, şəxsiyyəti də milyonların könlündə taxt quran Tarkanın bu hərəkəti sosial şəbəkələrdə rəğbətlə qarşılanıb. Xatırladaq ki, müğənni bu günə qədər uşaqlar, təhsil, ətraf mühit və heyvanlarla bağlı xeyriyyə fondlarına saysız-hesabsız miqdarda yardım edib və bu ianələrin gizli qalmasını tələb edib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/196842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR