Monqolustan Prezidenti: “Əminəm ki, Azərbaycanla əməkdaşlıq beynəlxalq və regional səviyyələrdə genişlənəcək”

Monqolustan Prezidenti: “Əminəm ki, Azərbaycanla əməkdaşlıq beynəlxalq və regional səviyyələrdə genişlənəcək”
17:07 28 Aprel 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Report”un xəbərinə görə, məktubda deyilir:
“Zati-aliləri cənab Prezident.
Monqolustan ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Əminəm ki, Monqolustan ilə Azərbaycan arasında dostluq əlaqələri və əməkdaşlıq nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq və regional səviyyələrdə genişlənəcək.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına rifah arzulayıram”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/monqolustan-prezidenti-eminem-ki-azerbaycanla-emekdasliq-beynelxalq-ve-regional-seviyyelerde-gen

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR