"Türk axını" 2020-ci ilə qədər tmamlana bilər

"Türk axını" 2020-ci ilə qədər tmamlana bilər
17:12 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ "Hazırda 8 boru xətti ilə beynəlxalq layihələrlə yanaşı, 2018-ci ildə TANAP-ın icrası tamamlanacaq. 2020-ci ilin sonuna qədər isə "Türk axını" layihəsini bitirməyə çalışacağıq". 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib. Nazir bu layihələrin bölgədə və dünyada sülhə yardım edəcəyini deyib. O, bu layihələrlə yanaşı, Aralıq dənizinin şərq hissəsində qaz kəşfiyyatının davam etdirildiyini də bildirib.
B.Albayrak açıqlamasında 2023-cü ilə qədər Türkiyənin qaz anbarlarının tutumunun cari 2,7 mlrd. kubmetrdən 11 mlrd. kubmetrə çatdırılmasını hədəfləndiyini deyib: "Sistemə gündəlik qaz daxilolmasının həcmini 190 mln. kubmetrdən 400 mln. kubmetrə yüksəltməyə çalışırıq".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/turk-axini-2020-ci-ile-qeder-tmamlana-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR