ABŞ iqtisadiyyatında artım yavaşlayıb

ABŞ iqtisadiyyatında artım yavaşlayıb
17:17 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ iqtisadiyyatı 2017-ci ilin ilk rübündə 0,7% artım göstərib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu, son 3 ilin ən yavaş iqtisadi artım tempi olub. Bununla yanaşı, ilk rübdə istehlakçı xərcləri də son 8 ilin minimal səviyyəsinə enib. ABŞ Ticarət Nazirliyi tərəfindən verilən məlumata əsasən, 2016-cı ilin son rübündə 2,1% artan ölkə iqtisadiyyatı ilk rübdə ciddi yavaşlama göstərib.
Qeyd edək ki, analitiklər ilk rübdə ABŞ-da iqtisadi artımın 1% olacağını proqnozlaşdırıblar. İstehlakçı xərclərində artım isə 0,3% təşkil edib. İstehlakçılar əsasən avtomobil, yanacaq və geyim xərclərini azaldıblar.
Xatırladaq ki, may ayının 2-3-də ABŞ Federal Ehtiyat Sistemi (FED) növbəti iclasını keçirəcək. İclasda uçot dərəcəsinin artırılması gözlənilmir. "Report"un analitik qrupu bildirir ki, əgər iqtisadi göstəricilər zəif gəlməkdə yə davam edərsə iyun iclasında da uçot dərəcəsi artırılmaya bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abs-iqtisadiyyatinda-artim-yavaslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR