Bakının bu hissəsinin suyu kəsiləcək

Bakının bu hissəsinin suyu kəsiləcək
17:17 28 Aprel 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri Pirallahı qəsəbəsinin içməli su ilə təchizatında məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, məhdudiyyət mayın 1-i saat 09:00-dan etibarən gün ərzində olacaq. Buna səbəb qəsəbəni içməli su ilə təmin edən Zirə-Pirallahı magistral su xətti üzərində yeni birləşmənin aparılmasıdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR