İslamiadanın açılış və bağlanış mərasimində iştirak edəcək tələbə könüllülərinin sayı açıqlanıb

İslamiadanın açılış və bağlanış mərasimində iştirak edəcək tələbə könüllülərinin sayı açıqlanıb
17:27 28 Aprel 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarınının açılış və bağlanış mərasimində iştirak edəcək tələbə könüllülərinin sayı açıqlanıb.
“Report”un xəbərinə görə, təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, oyunların açılış və bağlanış mərasimində ali və orta ixtisas təhsili müəsisələrinin 4 min tələbə könüllüsü iştirak edəcək.
O bildirib ki, hazırda tələbə könüllülərə təlimlər keçirilir: “İnanırıq ki, bu oyunlarda da tələbə könüllülər bacarıqlarını layiqli səviyyədə ortaya qoyacaqlar”.
F.Qurbanov qeyd edib ki, məktəblərdə olan idman müəllimlərinin və onların şagirdlərinin könüllü olaraq IV İslam Həmrəyliyi Oyunlarında tamaşaçı qismində iştirak etməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət olarsa, buna şərait yaradılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/i-slamiadanin-acilis-ve-baglanis-merasiminde-istirak-edecek-telebe-konullulerinin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR