Sumqayıt yolunun təmirlə əlaqədar bağlı olan hissəsində hərəkət bərpa edilib

Sumqayıt yolunun təmirlə əlaqədar bağlı olan hissəsində hərəkət bərpa edilib
17:32 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində aparılan təmir-bərpa işləri yekunlaşdırılıb.
"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, təmir-bərpa işləri Ceyranbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində təqribən 1 km-lik hissədə aparılıb. Sözügedən hissə artıq sürücülərin istifadəsinə verilib.
"Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra yol yatağı xüsusi material tökülərək yenidən kipləşdirilib, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılıb. Bundan başqa, səth və qrunt suların yoldan kənarlaşdırılması üçün təmir-bərpa işlərinin aparıldığı ərazidə yeni drenaj sistem də inşa edilib. Bu işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 sm qalınlığında monolit-beton tökülüb", - deyə məlumatda bildirilib.







Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/sumqayit-yolunun-temirle-elaqedar-bagli-olan-hissesinde-hereket-berpa-edilib-34

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR