İndoneziyalı iş adamlarından ibarət nümayəndə heyəti mayda Bakıya gələcək

İndoneziyalı iş adamlarından ibarət nümayəndə heyəti mayda Bakıya gələcək
17:32 28 Aprel 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ "İndoneziya Azərbaycan ilə ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır."
"Report" xəbər verir ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşündə bildirib.
Səfirin sözlərinə görə, Azərbaycanda səfir olduğu müddətdə bir sıra səfərlər həyata keçirilib. Diplomat ölkələrin sənaye sahəsində əlaqələri inkişaf etdirmək üçün potensiala malik olduğunu qeyd edib.
Səfir görüş zamanı may ayında İndoneziyanın 35 iş adamından, o cümlədən iri dövlət müəssisələrinin nümayəndələrindən ibarət nümayəndə heyətininin Bakıya səfərə gələcəyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-ndoneziyali-is-adamlarindan-ibaret-numayende-heyeti-mayda-bakiya-gelecek1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR