Tarixin ən böyük fidyəsi - 500 milyon dollar

Tarixin ən böyük fidyəsi - 500 milyon dollar
17:38 28 Aprel 2017
136 Dünya
Ölkə mətbuatı
A- A+

2015-ci ildə Qətər kralının ailə üzvləri İraqın cənubunda 24 nəfərlik şiə qrupu tərəfindən qaçırılıb. Uzun danışıqlardan sonra girovlar ötən cümə günü sərbəst buraxılıb.

Publika.az xəbər verir ki, İngilis mətbuatında gedən məlumata görə, Qətər bu böhranı aradan qaldırmaq üçün nə az, nə çox 500 milyon dollar fidyə ödəyib.

Hadisə ilə əlaqədar İraqla Qətər arasında diplomatik gərginlik yaşanıb.

Bağdad rəhbərliyi ölkəyə xəbərsiz daxil edilən 23 çamadan pulun bir qismini saxlayıb.

İddiaları rədd edən Qətər mənimsənən pulların aqibətinin araşdırılmasını tələb edib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR