Cocuq Mərcanlıda iki zenit top mərmisi tapıldı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 238 ədəd qəlpə, 2 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT) aşkar edərək zərərsizləşdirmək üçün götürüb.

ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, gün ərzində ümumilikdə 47 052 kv.m ərazi (2 575 kv.m əllə, 13 300 kv.m mexaniki üsulla, 31 177 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR