Ukrayna klubunun 14 futbolçusu danışılmış oyunlarda iştirak etdikləri üçün cəzalandırılıb

Ukrayna klubunun 14 futbolçusu danışılmış oyunlarda iştirak etdikləri üçün cəzalandırılıb
17:57 28 Aprel 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Ukraynanın "Metallist" klubunun 14 futbolçusu danışılmış oyunlarda iştirak səbəbindən diskvalifikasiya edilib. "Report"un məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının Nizam-İntizam Komitəsi qərar verib.
Dmitri Skarjinski və Aleksandr Medvedev 3 illik diskvalifikasiya və ömürlük şərti, Yebgeni Malik 2 illik diskvalifikasiya və ömürlük şərti, Nikita Bezklubyuk, Daniil Klyuçka, Maksim Averyanov və Denis Tkaçenko 1 illik diskvalifikasiya və 2 illik şərti, Remzi Ramazanov, Daniil Solomaxa, Boqdan Boyçuk və Nazar Malinovski 1 illik diskvalifikasiya və 1 illik şərti, Denis Dyakov və Sergey Sizıy yarım illik diskvalifikasiya və 1 illik şərti, Ruslan Kovtok isə 1 illik diskvalifikasiya cəzası alıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ukrayna-klubunun-14-futbolcusu-danisilmis-oyunlarda-istirak-etdikleri-ucun-cezalandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR