Ögey atası və qardaşı tərəfindən zorlanan 14 yaşlı qız müəlliminə hər şeyi danışdı

Ögey atası və qardaşı tərəfindən zorlanan 14 yaşlı qız müəlliminə hər şeyi danışdı
17:57 28 Aprel 2017
173 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə, Eskişehirdə tükürpədici olayın üstü açılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, orta məktəb şagirdi olan 14 yaşlı Ş.Y. ona qarşı ailə üzvlərinin uzun zamandır törətdikləri vəhşiliyi gizlədə bilməyib.

Belə ki, məktəbli qız ötən gün sinif rəhbərinə, ögey atası, ögey qardaşı və dayısı oğlu tərəfindən zorlandığını açıb deyib. Müəllim olayı polisə bildirib. Başlanılan istintaq çərçivəsində nəzarətə alınan ögey ata Məsud G. həbs olunsa da, ögey qardaşı Emre G. şərti olaraq sərbəst buraxılıb. Kütahyada tutulan əmisi oğlu Metehan Y. -nin isə dindirilmə prosesinin davam etdiyi deyilir.

Ötən gün S.Y. sinif rəhbərinə anası Aynur Y. -nin ilk evliliyini 42 yaşlı Məsud G. ilə etdiyini, daha sonra boşanıb atasıyla evləndiyini söyləyib. Doğma atasının psixoloji problemləri olduğunu bildirən Ş.Y. anasının yaz tətilləri və bayram tətillərində onu ilk həyat yoldaşının evinə göndərdiyini deyib:

"Anam məni 6 yaşımdan etibarən İznikdə yaşayan ilk həyat yoldaşı Mesut G. -nin evinə göndərirdi. Mesut G. 6 yaşımdan bəri hər İznikə getdiyimdə məni öpüb, təcavüz edirdi. Bunu ailəmə söyləyə bilmədim. Daha sonra oğlu Emre G. da (22) mənə təcavüz etdi. Emre bir il əvvəl təcavüz etdi. Bunu öyrənən atası da mənimlə cinsi əlaqəyə girdi. Etiraz edəndə isə "Atana deyərik" sözləri ilə təhdid edirdilər. Qorxub iyrənc əlaqəni qəbul edirdim. Bundan başqa, Eskişehirdə yaşayan dayımın oğlu Metehan Y. da (20) məni zorladı".

Yaşanan bu iyrənc hadisədən sonra vəkillərin təlimatı ilə Ş.Y. Eskişehirdə Ailə və Sosial Xidmətlər Təşkilatının nəzdində olan uşaqlar evinə yerləşdirilib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR