"Accessbank" sahibkarlar üçün NFS layihəsini həyata keçirir

"Accessbank" sahibkarlar üçün NFS layihəsini həyata keçirir
18:02 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Qeyri-maliyyə xidmətləri (Non-financial Services - NFS) sahəsində beynəlxalq təcrübəni tətbiq etməyə başlayan ilk banklardan biri olan "Accessbank" QSC sahibkarlar üçün silsilə təlimlər keçirir.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, növbəti mərhələdə Bank NFS layihəsinə aid onlayn resursların yerləşdirilməsi üçün yeni onlayn platforma yaradacaq.
"Accessbank" 2016-cı ilin may ayından etibarən Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə kiçik və orta biznes nümayəndələrinin maliyyə savadlılığının artırılması məqsədilə “Non-financial services” layihəsinə başlayıb. Layihə çərçivəsində “Makro-İqtisadi Trendlər”, “Böhran zamanı İdarəetmə”, “Marketinq və Satış Texnikaları”, “Vergi Hesablamaları” və digər müxtəlif mövzularda xarici və yerli təlimçilərin iştirakı ilə artıq 26 təlim keçirilib. Fərdi sahibkarlar və korporativ müştərilər üçün keçirilən son təlimlər isə, 2017-ci ildə Vergi Məcəlləsində qüvvəyə minən dəyişikliklər mövzusuna həsr olunub.
Xatırladaq ki, "Accessbank" fəaliyyəti dövrü ərzində daim kiçik və orta sahibkarlığın dəstəklənməsinə xüsusi önəm verib. Sahibkarların biznesinin aparılması bacarıqlarını və maliyyə savadlılığını artırmaqla Bank öz müştərilərnin biznesinin uğurlu inkişafına əlavə töhvə verir. 




Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/accessbanksahibkarlarucun-nfs-layihesini-heyata-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR