Azərbaycan Qazaxıstana sənaye boyası ixrac edəcək

Azərbaycan Qazaxıstana sənaye boyası ixrac edəcək
18:02 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycanın 19 yerli şirkətinin nümayəndələrindən ibarət ixrac missiyasının Qazaxıstana səfəri başa çatıb. 
Bu barədə “Report”a Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"Azpromo"nun təşkilatçılığı ilə Qazaxıstanın Almata və Astana şəhərlərində Azərbaycan şirkətləri ilə Qazaxıstanın iri distribütor şirkətləri arasında ikitərəfli görüşlər keçirilib, Azərbaycan məhsullarının Qazaxıstana ixracı məsələləri müzakirə edilib.
Danışıqlar zamanı Qazaxıstan şirkətləri tərəfindən Azərbaycan istehsalı olan şərab və spirtli içkilərə, meyvə-tərəvəz məhsullarına, tikinti materiallarına və Naftalan neftinə xüsusi maraq göstərilib.
İkitərəfli görüşlərin nəticəsi olaraq, Azərbaycan istehsalı olan limonadın və Naftalan məlhəminin (mazının) Qazaxıstana ixracına dair ilkin razılıqlar əldə edilib.
Astanada keçirilən görüşlərdə Azərbaycanın “Mars FK” və “D-Fruits” şirkəti ilə Qazaxıstanın "Best Fruit Plus" şirkəti arasında Azərbaycanda istehsal olunan meyvələrin Qazaxıstana ixracına dair ilkin razılaşma əldə olunub.
Bundan əlavə, "Caspi Marine Technologies" Azərbaycan şirkəti Qazaxıstana 5 ton sənaye boyasının ixracına dair sifariş alıb və əməkdaşlığın genişləndirilməsi üçün danışıqlara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanin-ixrac-missiyasinin-qazaxistana-seferi-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR