Bakıda mənzildən meyit tapıldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Metbuat.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. Mənzildən 1945-ci il təvəllüdlü Mirheydər Ağarəsul oğlunun cəsədi aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:31-də başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR