"ASAN Xidmət"ə yeni səlahiyyət verildi - YOXLAMA APARA BİLƏCƏK

"ASAN Xidmət"ə yeni səlahiyyət verildi - YOXLAMA APARA BİLƏCƏK
18:19 28 Aprel 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” fərmanında dəyişiklik edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, fərmanın 1. 3.2-ci bənddə “1.4-1.6-cı” sözləri “1.4-1.7-ci” sözləri ilə əvəz edilib.

 

Həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilib:

 

“1.7. əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən monitorinqi.”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR