İnam Kərimov Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının üzvü təyin edildi

İnam Kərimov Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının üzvü təyin edildi
18:27 28 Aprel 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, sərəncamının 1-ci hissəsində "Tahir Budaqov - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri" sözlərindən sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilir:

"İnam Kərimov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR