Ucar rayonunda qaynana gəlinini bıçaqlayıb

Ucar rayonunda qaynana gəlinini bıçaqlayıb
18:47 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib. 
“Report”un Şirvan bürosunun xəbərinə görə, Ucar rayon, Əzizbəyov küçəsində yaşayan 1995-ci il təvəllüdlü Gülnarə Seyfi qızı Rəhimova bıçaqlanıb.
Qadın yaxınları tərəfindən dərhal Ucar Rayon Mərkəzi Xəstxanasına çatdırılıb. Cərrahiyyə şöbəsində əməliyyat olunan qadının həyatını həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub.
G.Rəhimovanın yaxınlarının “Report”a verdiyi məlumata görə, onu ailə münaqişə zəminində öz qaynanası Səidə Rəhimova bıçaqlayıb.
Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/ucar-rayonunda-qaynana-gelnini-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR