Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı
18:48 28 Aprel 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Xətai rayonunda mənzildə 72 yaşlı kişi meyiti tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1945-ci il təvəllüdlü Mirheydər Ağarəsul oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 16:31-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/196861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR