Bu DA OLDU: Ucarda qayınana gəlinini QANINA QƏLTAN ETDİ

Bu DA OLDU: Ucarda qayınana gəlinini QANINA QƏLTAN ETDİ
18:58 28 Aprel 2017
282 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az “Report”a istinadən xəbər verir ki, Ucar rayon, Əzizbəyov küçəsində yaşayan 1995-ci il təvəllüdlü Gülnarə Seyfi qızı Rəhimova bıçaqlanıb.

Qadın yaxınları tərəfindən dərhal Ucar Rayon Mərkəzi Xəstxanasına çatdırılıb. Cərrahiyyə şöbəsində əməliyyat olunan qadının həyatını həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub.

G.Rəhimovanın yaxınlarının “Report”a verdiyi məlumata görə, onu ailə münaqişə zəminində öz qayınanası Səidə Rəhimova bıçaqlayıb.

Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/196862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR