Yığmamızdan beynəlxalq yarışda ilk medal

Yığmamızdan beynəlxalq yarışda ilk medal
19:03 28 Aprel 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Yunanıstanın paytaxtı Afinada təşkil edilən Dünya Taekvando Federasiyasının “Prezident kuboku” beynəlxalq yarışının ilk günü böyüklərdən ibarət yığmamız üçün uğurlu olub.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan qadın taekvandoçumuz Yaprak Eriş qarşılaşdığı rəqiblərini yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Finala vəsiqə uğrunda döyüşdə rusiyalı Yekaterina Kimlə qarşılaşan təmsilçimiz məğlubiyyətlə üzləşərək turniri bürünc medalla başa vurub. 

Qeyd edək ki, yarışda yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız 35 idmançı ilə təmsil olunur. Bu turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya qazanmış olacaqlar.

Yarışa aprelin 30-da yekun vurulacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/196863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR