"ART Rising" layihəsinin təqdimatı ilə bağlı sərgi keçiriləcək

"ART Rising" layihəsinin təqdimatı ilə bağlı sərgi keçiriləcək
19:12 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

6-7 May 2017-ci il tarixlərində Azərbaycan Milli İncəsənət Müzeyində "ART Rising" layihəsinin təqdimatı ilə bağlı sərgi keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, sərgidə rəssamların, heykəltəraşların və əl işləri ustalarının əsərləri nümayiş olunacaq.

Sərgi, həmçinin, "Art Rising" layihəsinin açılışı münasibəti ilə təşkil olunur. "Art Rising"in əsas məqsədi Azərbaycan rəssamlarını təbliği etmək, onların müəllif hüquqlarının qorunması və hüquqi dəstək verməkdədir.

Tədbirdə həmçinin "Art Rising" layihəsinin veb saytının təqdimatı baş tutacaq.

Qeyd edək ki, sərgidə 20 gənc və 11 tanınmış rəssamın, 5 heykəltəraşın, 7 əl işləri ustasının, həmçinin 2016-cı il aprel hadisələrində şəhid olmuş Samir Kaçayevin işləri nümayiş olunacaq.

Sərginin açılışı 19:00-da olacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/539792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR