Norveçdə 272 milyon dollara gəmi tuneli tikilir

Norveçdə 272 milyon dollara gəmi tuneli tikilir
19:17 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Stad yarımadası, təbii qaz və neftdən sonra Norveçin ən böyük iqtisadi fəaliyyət sahəsi olan dəniz ticarətinin sıx olduğu bölgədə yerləşir.

Milli.Az bildirir ki, Norveç dənizi ilə Şimali dənizinin birləşdiyi nöqtə olan bu yer, aktiv fəaliyyətləri ilə birlikdə, suda yaşanan axıntılara görə bölgənin ən təhlükəli sahil zolağı olaraq qəbul edilir. Bölgədə vəzifə yerinə yetirən dənizçilərin həyatını təhlükəyə atan bu vəziyyətlə əlaqədar, hərəkətə keçən səlahiyyətlilər ümumi xərci 272 milyon dollar olaraq təxmin edilən gəmi tuneli layihəsini həyata keçirmək istəyir.

Ümumi uzunluğu 1,5 kilometrdən artıq, hündürlüyü 37 metr, eni isə 26,5 metr olan, gəmi tuneli layihəsi üçün Norveç rəhbərliyinin verdiyi dəstək təxminən 118 milyon dollardır. Yerli rəhbərliyin 2014 cü il ilə, 2023-cü illəri əhatə edən milli daşıma planı çərçivəsində reallaşdırılması planlaşdırılan tunel üçün, 7,5 milyon tonluq qayanın bölgədən daşınması lazım olduğu bildirilir. Şimali Selje ilə cənub Moldefjord şəhərlərini, bir-birlərinə bağlayaraq etibarlı bir xətt funksiyasını yerinə yetirəcək olan tunel layihəsində, eyni zamanda piyadaların və nəqliyyat vasitələrinin də hərəkət etməsi təmin ediləcək.

Dünyanın ilk gəmi tuneli layihəsi haqqında isə mühəndislər gələcək günlərdə ətraflı məlumat verəcəklər.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü saat 16:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR