Abid Şərifov: "Nəvəm qorxaraq zəng etdi ki, baba sənə nə olub"

Abid Şərifov: "Nəvəm qorxaraq zəng etdi ki, baba sənə nə olub"
19:17 28 Aprel 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ "Hər bir insan xəstələnə bilər".
“Report” xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov deyib.
Onun sözlərinə görə, xəstələnmək vəzifəsindən, durumundan asılı olmayaraq baş verir: "Maraqlıdır, kimsə xəstələnəndə, kiminsə başına hadisə gələndə bunu insanlara çatdırmaq üçün sevinirik? Mənim də yaşım da az deyil. Mənim guya ölümcül halda ürək əməliyyatı üçün xaricə aparıldığımı yazmışdılar. Nəvəm də qorxaraq zəng etdi ki, baba sənə nə olub. Ona görə də xahiş edərdim ki, gərək nəsə məlumat yazanda insanlara qarşı etik normaları qorusunlar. Ən azından adi normalara uyğun məlumat yaysınlar”.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/nevem-qorxaraq-zeng-etdi-ki-baba-sene-ne-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR