Ötən il universitetlərə rekord sayda qəbul olub

Ötən il universitetlərə rekord sayda qəbul olub
19:34 28 Aprel 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

 

Ötən il ali təhsil müəssisələrinə rekord sayda qəbul olub.

 

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2016-cı ilə dair illik hesabatında qeyd edilib ki, illər üzrə ümumtəhsil müəssisələrindən məzun olanların sayı azalan xətti göstərsə də, onların arasından təhsilini növbəti pillədə davam etdirmək istəyənlərin faiz çoxluğu əks etdirməsi sevindirici haldır.

Bu tendensiyanı nəzərə alaraq qəbul planı da ilbəil artırılır.

Belə ki, 2016-cı ildə ali təhsil müəssisələrinə rekord sayda- bakalavriat üzrə 34, 773 nəfər, magistratura üzrə 4, 839 nəfər qəbul olunaraq tələbə və magistr adını qazanıb. Onu da qeyd edək ki, qəbul planının artmasına baxmayaraq , tələbə qəbulu imtahanlarda iştirak edərək 200-dən artıq bal toplayan abituriyentlərin nəticələrinə görə keyfiyyət göstəriciləri ötən illə müqayisədə yüksəlib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR