"Ermənistan əsgərlərinin Azərbaycanın ərazilərində nə işi var?" - XİN

"Ermənistan əsgərlərinin Azərbaycanın ərazilərində nə işi var?" - XİN
19:37 28 Aprel 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

"İlk növbədə sual vermək lazımdır ki, Ermənistan əsgərlərinin Azərbaycanın suveren ərazilərində nə işi var?"

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  bu barədə sorğuya cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbərinin dediklərini şərh edərkən bildirib.

H.Hacıyev qeyd edib ki, qoşunların təmas xəttində gərginliyin baş verməsi və itkilərin olması bir daha göstərir ki, vəziyyət nə dərəcədə kövrəkdir.

H.Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının və atəşkəsin pozulmasının əsas səbəbidir: "Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələrblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz işğalçı qoşunlarını çıxarmaqdan imtina edir. Ona görə də mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/539794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR