Reks Tillerson KXDR-nın ABŞ-a zərbə endirəcəyinin zaman məsələsi olduğunu bildirib

Reks Tillerson KXDR-nın ABŞ-a zərbə endirəcəyinin zaman məsələsi olduğunu bildirib
19:42 28 Aprel 2017
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ "Gələcəkdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) ABŞ-a zərbələr endirmək imkanı yaranacaq. Buna görə də, Vaşinqton bu məsələyə biganə qala bilməz."
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib.
O, KXDR probleminə dair BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Şimali Koreya tərəfindən Seula və Tokioya nüvə zərbələrinın endiriləcəyinə dair təhlükə mövcuddur: "ABŞ-a zərbələr endirmək imkanı yaranan kimi, Şimali Koreya bunu edə bilər. Bu zaman məsələsidir. Bunu nəzərə alaraq, ABŞ biganə qala bilməz."

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/reks-tillerson-kxdr-nin-abs-a-zerbe-endireceyinin-zaman-meselesi-oldugunu-bildirib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR