Abid Şərifov Bakıda "Xruşşovka" tipli beton binaların sökülməsi ilə bağlı açıqlama verib

Abid Şərifov Bakıda "Xruşşovka" tipli beton binaların sökülməsi ilə bağlı açıqlama verib
20:12 28 Aprel 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Baş nazirinin müavini Abid Şərifov Bakıda yerləşən "Xruşşovka" tipli beton yaşayış binalarının sökülməsi ilə bağlı məsələyə münasibət bildirib.
“Report” xəbər verir ki, “ASAN radio”nun “QəbuldASAN” verilişində qonaq olan baş nazirin müavininin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə ilk növbədə mikrarayon ərazilərində yerləşən beton binaların sökülməsi ilə bağlı pilot layihə hazırladıq.
O deyib ki, buna səbəb mikrarayonlarda bu cür yaşayış binalarının nöqsanlı tikilməsidir: “Çünki belə evlərdə yaşayan insanların əksəriyyəti xəstədir. Ona görə də ilk növbədə beton evlər sökülməlidir. Əsas məsələ insanların sağlamlığını düşünməkdir. Lakin yaxın müddətdə mikrarayonlardan kənarda olan belə yaşayış evlərinin sökülməsi nəzərdə tutulmur”.
A.Şərifov diqqətə çatdırıb ki, Montin qəsəbəsində beton binalar olmadığından orada hansısa söküntünün olması gündəm mövzusu deyil.  

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/abid-serifov-bakida-xrussovka-tipli-beton-binalarin-sokulmesi-ile-bagli-aciqlama-verib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR