Avropa çempionatı:

Mayın 2-dən 7-dək Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, çempionatda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız da iştirak edəcək.

Yarışların son iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Yunan-Roma güləşi üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Bu gün keçirilən məşqdən sonra Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun iştirakı ilə Avropa çempionatına yollanacaq heyəti elan edilib.

Yığma komandanın böyük məşqçisi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Taleh Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), Həsən Əliyev (71 kq), Ruhin Mikayılov (75 kq), Emin Əhmədov (80 kq), Arif Niftullayev (85 kq), Araz Həsənov (98 kq) və Oyan Nəzəriani (130 kq) çempionatda ölkəmizi təmsil edəcək.

Proqrama əsasən, mayın 6-da 59, 66, 98 və 130 kq, son yarış günündə isə 71, 75, 80 və 85 kq çəkidə idmançılar arasında qaliblər müəyyənləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR