Klublararası dünya çempionatının püşkü atıldı

Klublararası dünya çempionatının püşkü atıldı
20:27 28 Aprel 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında klublararası dünya çempionatının püşkü atılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mayın 8-14-də Yaponiyanın Kobe şəhərində keçiriləcək mundialda 8 komanda 2 qrupa bölünüb.

A qrupunda "Dinamo" (Rusiya, Moskva), "Hisamitsu" (Yaponiya), "Rexona Sesc" (Braziliya) və "Vakıfbank" (Türkiyə) mübarizə aparacaq. B qrupunda isə "Əczaçıbaşı" (Türkiyə), NEC (Yaponiya), "Osasko" (Braziliya) və "Volero" (İsveçrə) qüvvəsini sınayacaq.
 
Qeyd edək ki, indiyədək 10 dəfə keçirilən yarışda Azərbaycanın "Rabitə" klubu 2 dəfə təmsil olunub. Artıq mövcud olmayan komanda 2011-ci ildə mundialın qalibi olduğu halda, 1 il sonra gümüş medalla kifayətlənib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR