Türkiyədə məzarı aşkarlanan çar Rusiyası generalının nəvəsi tapılıb

Türkiyədə məzarı aşkarlanan çar Rusiyası generalının nəvəsi tapılıb
20:37 28 Aprel 2017
113 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Türkiyənin Ərdahan bölgəsində çar Rusiyasının generalı Vasili Geymanın nəvəsi tapılıb.
“Report” CNNTürk-ə istinadən xəbər verir ki, generalın nəvəsi Boris Akimov məsələ ilə bağlı DNT analizi verməyə hazır oldğunun bildirib.
“Xəbərələri eşidər-eşitməz çox həyəcanlandım. Mən babamla bağlı çox araşdıma etmişəm. Ən son olaraq, onun Ermənistanın Gümrü şəhərində kütləvi məzarlıqda dəfn olunduğu haqqında məlumat əldə etmişdim. Ancaq orada dənf olunların siyahısında babamın adına rast gəlməmişdim. Çox məsələlər, o cümlədən vəfat tarixi, yer, general rütbəsi üst-üstə düşür. Mən generalın babam oldğunu təsdiqləmək üçün DNT analıziz verməyə hazıram” - Boris Akimov vurğulayıb.
Qeyd edək ki, Ərdahanada tikinti işləri ilə bağlı qazıntı aparlan zaman bu tabut aşkar edilib. Qəbrini çar Rusiyasının generalı Vasili Aleksandroviç Geymana məxsus olduğu müəyyən edilib. 1877-1878-ci illərdə Osmanlı ilə çar Rusiyası arasında Qafqaz uğrunda gedən müharibədə iştirak edib.
Xatırladaq, Türkiyə ilə Rusiya arasında Osmanlı ilə çar Rusiyası arasında gedən savaşlar nəticəsində həlak olanların meyitlərin qaytarılması və qorunması ilə bağlı uyğun müqavilə imzalanıb. 









Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-mezari-askarlanan-car-rusiyasi-generalinin-nevesi-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR