Rusiya Yatsenyuku beynəlxalq axtarışa verdi

Rusiya Yatsenyuku beynəlxalq axtarışa verdi
20:42 28 Aprel 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiya Ukraynanın sabiq baş naziri Arseniy Yatsenyuku beynəlxalq axtarışa verib".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Baş Prokurorluğun rəsmi nümayəndəsi Aleksandr Kurennoy deyib.
 
O bildirib ki, Ukrayna sabiq baş nazirinin axtarışı ilə bağlı materiallar İnterpola göndərilib.
 
Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyi Rusiya hüquq-mühafizə orqanları İnterpola müraciətinin sürətini əldə etdiyini açıqlayıb. Bir müddət əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin 1994-1995-ci illərdə Çeçenistanda keçirilən antiterror əməliyyatı zamanı rusiyalı hərbçilərə qarşı cinayətlərdə Ukraynanın rəsmi şəxslərinin iştirak etdiyini açıqlayıb. O bildirib ki, istintaq həmin illərdə A. Yatsenyukun "Arqo" və "Vikinq" dəstələrin tərkibində Rusiyaya qarşı müharibə apardığını müəyyən edib. 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR