"Nəvəm qorxaraq zəng etdi ki..." - Abid Şərifov

"Nəvəm qorxaraq zəng etdi ki..." - Abid Şərifov
20:52 28 Aprel 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hər bir insan xəstələnə bilər".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov "ASAN radio"nun "QəbuldASAN" verilişində deyib.

Onun sözlərinə görə, xəstələnmək vəzifəsindən, durumundan asılı olmayaraq baş verir: "Maraqlıdır, kimsə xəstələnəndə, kiminsə başına hadisə gələndə bunu insanlara çatdırmaq üçün sevinirik? Mənim yaşım az deyil. Yazmışdılar ki, guya ölümcül halda ürək əməliyyatı üçün xaricə aparılmışam. Nəvəm də qorxaraq zəng etdi ki, baba sənə nə olub? Ona görə də xahiş edərdim ki, məlumat yazanda gərək insanlara qarşı etik normaları qorusunlar. Ən azından adi normalara uyğun məlumat yaysınlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR