Universitet tələbəsinin rejissorluğu ilə “Qəribə oğlan” tamaşası göstərilib

Universitet tələbəsinin rejissorluğu ilə “Qəribə oğlan” tamaşası göstərilib
20:57 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Bakı Mühəndislik Universitetinin tələbəsinin rejissorluğu ilə Gənc Tamaşaçılar Teatrında “Qəribə oğlan” tamaşası nümayiş olunub.
Universitetin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Mexanika Mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Rüfət Quliyev 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası ilə görkəmli yazıçı İlyas Əfəndiyevin “Qəribə oğlan” pyesi əsasında eyni adlı tamaşanın quruluşunu verib.
Qeyd edək ki, Rüfət Quliyev 2013-cü ildən universitetin mədəniyyət şöbəsinin müdiri sənətşünaslıq elmləri doktoru Zəminə Axundovanın bədii rəhbərlik etdiyi Dram (Teatr) özfəaliyyət dərnəyində aktyor olaraq iştirak edib. Hüseynbala Mirələmovun “Xəcalət” pyesində “Murad” obrazını, Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşasında “Saday bəy” obrazını, Rus Dram Teatrında nümayiş olunmuş yazıçı Anarın “Ötən ilin son gecəsi” tamaşasında “Süleyman” obrazını və bir sıra digər obrazları ifa edib.
Romantik komediya janrındakı tamaşa  bəyənilməsi səbəbindən may ayında yenidən nümayiş olunacağı gözlənilir.




Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/universitet-telebesinin-rejissorlugu-ile-qeribe-oglan-tamasasi-gosterilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR