Rayondan paytaxtda yük daşıdılar: zəhmət haqlarını ala bilmirlər - VİDEO

Rayondan paytaxtda yük daşıdılar: zəhmət haqlarını ala bilmirlər - VİDEO
21:05 28 Aprel 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboyda yaşayan 50-dən artıq "Kamaz" sürücüsü 1 aydan çoxdur daşımaya görə onlara ödənilməli olan pulu ala bilmirlər.

Milli.Az xəzərxəbər-ə istinadla məlumat verir ki, onlar 10 ildən artıqdır həmin zavoda yük daşıdıqlarını, ancaq yalnız bu il problemlə qarşılaşdıqlarını deyirlər. Mart ayından onlara ödənilməli olan pul gecikdirilir.

Onlara 500-900 manat məbləğlərində pul ödənilməlidir. Sürücülər məsələ ilə bağlı yük daşıdıqları zavodun rəhbərliyinə müraciət etsələr də, onlara ödənilməli olan məbləğin Məhəmməd adlı şəxsə verildiyini bildiriblər. Adıçəkilən şəxs isə zavoddan pul almadığını deyir.

Sürüclər deyirlər ki, ümümilikdə müxtəlif rayonlardan 200-dən artıq sürücü həmin şəxsdən pullarını almaq üçün gözləyir. O isə zavodun ona 17 min manat verməli olduğunu deyir.

Videonu izləmək üçün şəklə klikləyin:
Rayondan paytaxtda yük daşıdılar: zəhmət haqlarını ala bilmirlər - VİDEO

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR