İt 380 kilometri qət edib, sahibinə qovuşdu

İt 380 kilometri qət edib, sahibinə qovuşdu
21:12 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada Pero ləqəbli it 380 kilometrlik yolu qət edərək, öz sahibinə qovuşub. Milli.Az lent.az-a istinadən bildirir ki, heyvan Penrin-kok şəhərindən Kokermuta doğru məsafəni qaçaraq gəlib. Heyvanın sahibi Alan Ceyms Peronu digər şəhərdəki evində qoyub.

Amma it orda öz sahibini gözləmək istəməyib və aradan 12 gün sonra evinə qayıdıb. 54 yaşlı Ceyms izah edib ki, bu cinsdəki itlər bir sutka fasiləsiz olaraq məsafə qət edə bilərlər. Amma itin öz doğma evini necə tapması sual olaraq qalır.
 
Fermerin həyat yoldaşı Şen isə deyir ki, it bu qədər məsafəni fasiləsiz və yardım almadan gələ bilməzdi. Onun fikrincə, yolda heyvansevərlərdən kimsə onun rastına çıxıb, onu yedizdirib və yola davam etməsinə yardım edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR