Tbilisidə 10 yaşlı azərbaycanlı erməni idmançını məğlub edib

Tbilisidə 10 yaşlı azərbaycanlı erməni idmançını məğlub edib
21:17 28 Aprel 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Tbilisi. 28 aprel. REPORT.AZ/ “Məqsədim qızıl medal qazanmaq idi. Əvvəl gürcü idmançını məğlub etdim. Sonra erməni idmançı ilə qarşılaşdım. O məndən həm hündür, həm də çəkidə ağır idi. Əvvəl qorxdum, amma sonra hücum taktikası ilə ona qalib gəldim. Çox sevinirəm”.
Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində Tbilisidə keçirilən Tayboksinq üzrə beynəlxalq yarışın qalibi, 10 yaşlı Dəniz Tural oğlu Quliyev söyləyib.
Qeyd edək ki, çempionatda Azərbaycan, Gürcüstan, İran, Türkiyə, İraq və Ermənistandan olan uşaq və yeniyetmə idmançılar mübarizə aparıblar. Marneuli rayonunun Yuxarı Saral kənd sakini, 10 yaşlı Dəniz Quliyev 23 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O yarımfinalda gürcü idmançıya qalib gəlib. Finalda isə özündən boyda xeyli hündür və 27 kiloqram çəki dərəcəsində olan Ovanes Arutunyan ilə qarşılaşıb. Gərgin keçən mübarizə nəticəsində Dəniz rəqibi üzərində parlaq qələbə qazanıb. Dəniz Quliyev çempionatın qızıl medalına sahib olub.
Yuxarı Saral kəndindən olan 3-cü sinif şagirdi Məmmədəli Quliyev də çempionatın qızıl medalını qazanıb.




Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/tbiliside-10-yasli-azerbaycanli-ermeni-idmancini-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR