"Onlar bilirlər ki, Qarabağda hər an böyük müharibə qızışa bilər"

"Onlar bilirlər ki, Qarabağda hər an böyük müharibə qızışa bilər"
21:17 28 Aprel 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

"Moskvada Məmmədyarov-Lavrov-Nalbandyan görüşünün keçirilməsi Rusiya Xarici İşlər Nazirliyinin təşəbbüsü və Azərbaycanın istəyi ilə Azərbaycan-Rusiya-Ermənistan münasibətləri çərçivəsində atılan yeni addımdır. Görüşün əsas qayəsini təbii ki, Dağlıq Qarabağ məsələsi təşkil edib, lakin orada digər məsələlərin də müzakirə olunduğu ehtimal edilir".

Bunu "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov bu gün Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəticələrini şərh edərkən deyib.

Politoloqun fikrincə, Rusiya Suriyada yaranmış vəziyyətlə əlaqədar öz cənub sərhədlərində qonşular arasında barışın və təhlükəsizliyin təmin olunmasına çalışır: "Əlbəttə ki, onlar bilirlər ki, Qarabağda hər an böyük müharibə qızışa bilər, xüsusən də Azərbaycan tərəfdən. Ona görə də Rusiya bunun qarşısını almağa çalışır. Ötən ilin aprel döyüşlərindən sonra Rusiya Qarabağ münaqişəsinin nizamlanması üçün bəzi addımlar atıb. Rusiya istəmir ki, bu məsələnin nizamlanması onun nəzarətindən çıxsın. Moskvadakı bu görüş də bəzi müzakirələrin aparılması, ən əsası isə danışıqlardan boyun qaçıran Ermənistanı yenə də danışıqlar masasına otuzdurmaq üçün təşkil edilib. Hər halda bu görüş Azərbaycan üçün pozitiv bir addımdır".

Onun sözlərinə görə, münaqişənin dondurulmuş vəziyyətdə qalması çox təhlükəlidir: "Atəşkəsə riayət olunması ilə bağlı problemlərin həlli müzakirəsinin önə çıxarılması mövcud status-kvonun saxlanmasına yönəlmiş bir şeydir. Bunu Ermənistan istəyir, Rusiya bilir, Azərbaycan isə gözəl anlayır. Amma münaqişənin dondurulması gələcəkdə regionda böyük partlayışa gətirib çıxara bilər. Ona görə də çıxış yolu münaqişənin tam həllidir. Rusiya rəsmiləri anlamalıdırlar ki, münaqişənin yalnız mərhələli həlli bu regionda sülh və təhlükəsizlik ab-havası yaradacaq".

Bunun nəyi razılıqdır?!

E.Ələsgərov hesab edir ki, Rusiya Ermənistanda baş verən bəzi hadisələrdən narahat olmalıdır: "Ermənilər ABŞ-dan hərbi avadanlıqlar gətiriblər. Bu da Rusiyanı narahat etməlidir. Çünki Rusiya Gücüstanda NATO-nun güclənməsindən narahatdırsa, Ermənistana görə də narahat olmalıdır. ABŞ hazırda burada hansısa hərbi tədris mərkəzi yaradır, NATO generalları Ermənistana gedib-gəlirlər. Rusiya isə narahat olur ki, sabah Ermənistanda da Ukrayna kimi hadisələr baş verə bilər və bunun üçün əsas da var. Çünki Ermənistanda sosial vəziyyət çox pisdir. Hazırda Ermənistan erməni milyarderlərin və Qərbin pulu hesabına yaşayır. Lakin onlar hər zaman üz döndərə bilərlər. Status-kvonu qoruyub saxlamaq isə Ermənistanı qaynar qazana çevirə bilər. Ona görə də çıxış yolu məsələnin birdəfəlik həllidir ki, bunun üçün də bütün əsaslar var. Ortada anlaşmanın əsas istiqamətləri bəllidir, onlar razılaşdırılıb, sadəcə həyata keçirmək lazımdır".

Qeyd edək ki, bu gün Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşü baş tutub. Görüşdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişənin həlli məsələsi müzakirə olunub.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları  http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/539774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR