"Onun öldüyünü hələ ki, təsdiq edə bilmərik, lakin..."

"Onun öldüyünü hələ ki, təsdiq edə bilmərik, lakin..."
21:27 28 Aprel 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

Keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının Əfqanıstan özəyinin liderinin məhv edildiyi ehtimal edilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.

"Əməliyyatın hədəfində İŞİD-in Əfqanıstandakı əmiri Əbdül Xasib olub. Onun öldüyünü hələ ki, təsdiq edə bilmərik, lakin məhv edildiyi ehtimal edilir", deyə C.Devis qeyd edib.
 
Onun sözlərinə görə, əməliyyatda 50 ABŞ xüsusi təyinatlısı və 40 əfqan hərbçisi iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR