Bu həftə "İçerde" serialı ilə vidalaşan Bensu Soral dünən İstanbulun mərkəzi küçələrindən olan Nişantaşında görüntülənib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, "Mələk" bir moda ateleyesindən çıxaraq dostunun avtomobilinə minib. Həmin anda yolda taksi gözləyən qadına laqeyd qalmayan aktrisa ondan hara gedəcəyini soruşub.
Bensu daha sonra "Yolumuzun üstüdür, xala, səni də aparaq" deyərək qadını avtomobilə dəvət edib.
Milli.Az