""Sovetski"də 10 mindən çox ev sökülməlidir, 4500-ü sökülüb"

""Sovetski"də 10 mindən çox ev sökülməlidir, 4500-ü sökülüb"
21:37 28 Aprel 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakının keçmiş "Sovetski" ərazisində təqribən 10 mindən çox ev sökülməlidir. Hazırda onlardan 4 500-ü sökülüb".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov ASAN Radionun "QəbuldASAN" verilişində deyib. 

Onun sözlərinə görə, 20 mindən çox əhalisi olan ərazinin sakinlərini köçürmək üçün cəsarət lazımdır:

"Sökülən ərazinin yerində park salmaq, nəqliyyat problemlərini azaltmaq çətin addım idi. Təbii ki, 4 500 evin sakinini yerindən tərpətmək də çətin məsələdir. Bunu Prezidentin göstərişi nəticəsində edə bildik. Bu yaxınlarda ərazidə ağac və yaşıllıqlar əkiləcək. Artıq ərazinin ab-havası da dəyişib. Keçmişdəki hava tamam fərqli idi. İndi isə yalnız minnətdarlıq etmək lazımdır".

Baş nazirin mavini bildirib ki, "Sovetski"nin söküntüsü ilə bağlı göstəriş veriləndə vətəndaşlara məqsəd izah olunub: "Ancaq bununla belə insanlar inanmırdılar. Mən də məsələni onlarla görüşəndə dəfələrlə izah etdim. Sonda onlarda inam əmələ gəldi. Bir neçə problem var idi. Bu da mətbuatda şişirdilmiş yazılar yazılması ilə əlaqədar idi. Yüzlərlə evin sahəsinin 8, 15, 20 kvadratmetrə qədər olduğunu və onlara verilən vəsait hesabına şəhərdə ev ala bilmədikləri ilə bağlı dövlət başçısına məruzə etdim. Prezident göstəriş verdi ki, məsələ həll olunmalıdır. Bundan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) yaxınlığında yerləşən 9 mərtəbəli binadakı 200-dən çox mənzil təmir olundu və sakinlərə təqdim olundu".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR