"Bakı-2017":

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı ölkəmizin sürətlə inkişaf edən və gözəlləşən diyarı, qədim və müasir Qəbələ şəhəri olub.

Metbuat.az-ın məlumatına görə, Qəbələ rayonunda su səyahətinə Nohur gölündən su götürülməklə start verilib.

Su mərasimi, rəsm və rəqs həvəskarı Şəfiqə Bayramzadə, taekvondo üzrə beynəlxalq turnirlərin qalibi Xəyal Əzizov və boks üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Cavid Çələbiyev tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirilib. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib.

Günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Qəbələ Olimpiya İdman Kompleksində “Sport joys – Regional idman tədbiri” həyata keçirilib. Bakı-2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilen tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub. Tədbirin qonaqları arasında Bakı-2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu Şəhərdə”nin tanınmış simaları Rəfael İsgəndərov, Coşqun Rəhimov ve Müşviq Abbasov da olub.

Mərasim axşam saatlarında Heydər Əliyev Parkında keçirilən Su festivalı keçirildi, konsert proqramı və atəşfəşanlıq ilə davam etdirilib.

Qeyd edək ki, Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 29 aprel tarixində Qusar şəhəri olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR