Bakıda 10 ev birdən kül oldu - VİDEO

Bakıda 10 ev birdən kül oldu - VİDEO
21:57 28 Aprel 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Bakıda dəhşətli yanğın hadisəsi baş verib. Eyni anda bir neçə ev yanaraq külə dönüb.

Milli.Az bildirir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində gecəqondular məhəlləsində qeydə alınıb. Hadisə baş verən an sakinlər yanğınsöndürənlərə xəbər veriblər. Dərhal hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə başlayıbar.
Yanğın çətinliklə də olsa, söndürülüb. Hadisə zamanı bir-birinə bitişik tikilən 12 taxta tikilinin 10-u əşyaları ilə birgə yanıb.

Yanğının baş veridiyi ərazi gecəqondu məhəlləsi olduğundan ordakı evlər də qanunsuz tikilib. Birdəfəyə 10 evin yanması da, evlərin bir-birlərinə yaxın tikilməsidir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin ekspertiza qrupu və aidiyyatı qurumların nümayəndələri gəliblər. Hazırda dəyən ziyan dəqiqləşdirilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.​

Bakıda 11 ev birdən kül oldu


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR