Trampdan etiraf:

Donald Tramp prezidentlikdən öncəki həyatı üçün darıxdığını etiraf edib.

Metbuat.az-ın məlumatına görə, "Reuters"ə müsahibə verən Tramp yeni işinin çətinliyindən şikayətlənib:

"Köhnə həyatım üçün darıxıram. O günləri sevirdim. İndi bir neçə hadisə baş verir. Əvvəlki vaxtımla müqaysədə, daha çox işim var. Prezidentliyin asan olacağını düşünmüşdüm".

ABŞ prezidenti həmçinin 24 saat mühafizəçilərin əhatəsində olmağa öyrəşmədiyini bildirib:

"O qədər mühafizəçi var ki, heç bir yerə gedə bilmirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR