Ramil Şeydayev "Jilina"nın heyətində növbəti qolunu vurub

Ramil Şeydayev "Jilina"nın heyətində növbəti qolunu vurub
22:07 28 Aprel 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 aprel. REPORT.AZ/ Slovakiya çempionatında XXIX tura "Trençin" - "Jilina" matçı ilə start verilib.
"Report"un məlumatına görə, açılış oyununda artıq çempionluğu təmin etmiş "Jilina" klubu "Trençin"in qonağı olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. "Jilina"nın yeganə qolunu 21-ci dəqiqədə Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev vurub. O, hesabı açsa da, komandası üstünlüyü əldən verib.
Bu nəticədən sonra "Jilina" 61 xalla 1-ci pillədə qalıb. Xallarını 41-ə çatdıran "Trençin" isə 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, Ramil Şeydayev sonadək meydanda olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ramil-seydayev-jilina-nin-heyetinde-novbeti-qolunu-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR