Yəməndə “Əl-Qaidə”nin lideri məhv edildi

Yəməndə “Əl-Qaidə”nin lideri məhv edildi
22:09 28 Aprel 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ hərbçiləri Yəməndə “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv ediblər.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.

 

“Aprelin 23-də hava zərbəsi nəticəsində “Əl-Qaidə” terror təşkilatının Ərəbistan Yarımadasındakı qolunun lideri Əbdül Əhməd əl-Alaki məhv edilib. Məlumat artıq təsdiqlənib”, deyə C.Devis qeyd edib.

 

Pentaqon rəsmisi həmçinin bildirib ki, aprelin 27-də Əfqanıstanın Nanqarxar əyalətində xüsusi əməliyyat nəticəsində 35 İŞİD terror qruplaşmasının silahlısı məhv edilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR