Zülfiyyədən İlqara irad: "Niyə mənim əvəzimə…" - FOTO

Zülfiyyədən İlqara irad: "Niyə mənim əvəzimə…" - FOTO
22:17 28 Aprel 2017
244 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, Teleqraf.com "İti bucaq" adlı yeni layihəyə start verir. Layihə çərçivəsində qonaqlarımız məşhur cütlüklər olacaq. Onlar iti bucaq altında ünvanladığımız suallara cavab verəcəklər. Hər şey olduğu kimi.

İlk məşhur cütlüyümüz telejurnalist İlqar Mikayıloğlu və onun həyat yoldaşı hüquqşünas Zülfiyyə Bayramovadır.

- İlqar Zülfiyyəni, yoxsa Zülfiyyə İlqarı daha çox sevir?

Zülfiyyə Bayramova: - Mən İlqarı daha çox sevirəm.

İlqar Mikayıloğlu: - Sevginin böyüklüyünü sözlə demək mümkün deyil.

- Sevginizi etiraf etməkdə çətinlik çəkidiyiniz vaxt olubmu?

Zülfiyyə: - Xeyr, olmayıb. Sevgini mütləq bildirmək, hiss etdirmək lazımdır.

İlqar: - Məndə də olmayıb.

- Harda tanış olmusunuz?

Zülfiyyə: - ANS-də tanış olmuşuq. İlqarla dost idik. Sonra bildim ki, gələcək həyat yoldaşım imiş. (gülür)

İlqar: - Artıq sözə ehtiyac yoxdur...

- Yeri gəlmişkən, "Sergi ata" povestinin müəllifi kimdir?

Zülfiyyə: - Tolstoy

İlqar: - Lev Tolstoy

- Bəs, ilk olaraq sevgisini hansınız etiraf etdi?

İlqar: - Yaş o yaş deyildi ki, kimsə sevgisini etiraf etsin...

Zülfiyyə: - Mən İlqarı dost bilirdim. Elə bilirdim, dostumdur. Sən demə əslində təkcə dost deyilmiş (gülür). Təbii ki, təklif İlqar tərəfdən gəldi.

- Ortaq və fərqli xüsusiyyətləriniz nələrdir?

İlqar: - Fərqli xüsusiyyətlərimiz çoxdur. Bu bizim hobbilərimiz, həyata yanaşma tərzimizdə özünü göstərir. Amma ortaq cəhətimiz də var, hər ikimizin məqsədi eynidir.

Zülfiyyə: - Hər ikimiz kifayət qədər fərqli insanlarıq. Hər məsələyə fərqli yanaşma tərzimiz var. Ona görə xırda mübahisələr yaşasaq da, ortaq məxrəcə gələ bilirik.

- Düşünürəm ki, Zülfiyyə xanım daha realistdir...

İlqar: - Elə demək olmaz... Çünki realist, praqmatik, materialist olmaq qarşıya çıxan problemlərdən aslıdır. Amma fakt odur ki, fərqli insanlarıq.

Zülfiyyə: - Fərqli düşünürük, amma bizim müsbət tərəfimiz odur ki, ailədə ər-arvad olmaqdan əlavə, həm də dostuq. Dostluğumuz fərqli düşüncəni ortaq məxrəcə gətirməyə kömək edir. Nədəsə güzəştə gedirik.

- Deyirsiniz, bir-birinizə güzəştə gedirsiniz. Bəs o zaman Azərbaycan Yazıçılar birliyinin ədəbi orqanı olan "Ulduz" jurnalının baş redaktoru kimdir?

Zülfiyyə: - Tanımıram...

İlqar: - Bilmirəm

- Sirlərinizi bölüşürsünüzmü?

Zülfiyyə: - Mənim elə böyük sirlərim yoxdur.

İlqar: - Zülfiyyə mənə sirrlərini demir. (gülür). Əlbəttə, zarafat edirəm.

- Maraqlıdır, ailədə hansınız daha simicsiniz?

Zülfiyyə: - Baxır qarşılaşdığımız situasiyaya... Məsələn, dünən elə bir şərait var idi ki, İlqar simiclik edirdi, mən yox. Digər vaxtlarda isə mən simiclik edirəm. Ümumiyyətlə, artıq xərci sevmirəm.

İlqar: - Heç nəyi pul ilə ölçməyin tərəfdarı deyiləm. Ümumiytlə, populizmi sevmirəm. Amma Zülfiyyədə müəyyən qədər populizmə meyillilik var.

- Xarakterinizi nə dərəcədə tanıyırsınız?

İlqar: - Zülfiyyə xarakterimi yüz faiz tanıyır (gülür). Amma bu, Zülfiyyəyə elə gəlir...

Zülfiyyə: - Mən elə deməyəcəkdim. Niyə mənim əvəzimə cavab verirsən? (Gülür). Ümumiyyətlə, insan özünü belə yüz faiz tanıya bilmir.

- Nəyi bağışlaya bilməzsiniz?

Zülfiyyə: - Xəyanəti....

İlqar cavab vermir....

- Bağışlaya bilmədiyiniz nələrəsə görə ayrılarsınızmı?

Zülfiyyə: - Bəli, amma İlqarın xəyanət edəcəyinə inamıram.

İlqar: - Zülfiyyə çox ağıllı xanımdır.

- Bir-birinizdə sevdiyiniz xüsusiyyət hansıdır?

Zülfiyyə: - İlqarın bütün xaraketrini, dəliliyini, əsəbiliyini də sevirəm. Həmin dəqiqə əsəbləşsəm belə, sonra düşünürəm ki, bu insan mənim sevdiyim İlqardır. O, əla dostdur və dosta yüksək qiymət verəndir. Bu xasiyyəti mənə də keçib.

İlqar: - Zülfiyyənin etibarlı insan olması xoşuma gəlir.

- Hər ikinizin ikinci nikahıdır. Bir-birinizə övladlarınızla görüşməyə mane olduğunuz vaxtlar olubmu heç?

Zülfiyyə: - İlqarın övladları mənim də övladlarımdır. Hər ikimizin iki övladı var. İlqarın övladları evə gəlir və bizimlə qalırlar. Biz evlənəndə bilirdik ki, hər ikimizin iki övladı var və bundan sonra dörd övladımız olacaq. Biz onları ayırmırıq və dördü də bizimdir, bizimlədir. Əlbəttə, İlqarın uşaqlarıyla görüşməsinə mane olmuram və olmaram da. Övladlarımızı birləşdirməsəydik, bəlkə də bu evlilik davam etməzdi.

İlqar: - Biz övladımızın dördünü də çox sevirik.

- Son olaraq, "O olmasın, bu olsun" filmində "Məşədi İbad" obrazını hansı aktyor canlandırıb?

Zülfiyyə: - Əliağa Ağayev

İlqar: - Əliağa Ağayev

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/539669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR