Aylıq 130 manata ev almaq istəyənlərdən tələb olunan sənədlər açıqlandı —

Güzəştli mənzilləri almaq istəyənlər üçün sənədlərin siyahısı müəyyən oldu.

Sözügedən sənədlər güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyaları üzrə qruplaşdırılıb. Həmin kateqoriyalarla və hər bir kateqoriya üçün tələb olunan sənədlərin siyahıları ilə www.mida.az saytına daxil olmaq, ana səhifədə müvafiq olaraq "güzəştli mənzili kim ala bilər?" və "tələb olunan sənədlər" keçidləri vasitəsilə tanış olmaq mümkündür.

Güzəştli mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların aidiyyəti sənədlərinin qəbuluna "Güzəştli mənzil" elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq. Sənədlərin qəbulunun başlanmasının tarixi barədə əlavə məlumat veriləcək.

Mənzil İnşaatı Dövlət Agentliyi mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə "Elektron hökumət" portalında yaradılacaq "Güzəştli mənzil" elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işlərini də tamamlamaq üzrədir.

"Xəzər xəbər"in hazırladığı videomaterialı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR