ABŞ-ın sabiq prezidenti xəstəxanadan evə buraxılıb

ABŞ-ın sabiq prezidenti xəstəxanadan evə buraxılıb
22:37 28 Aprel 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın sabiq prezidenti Corc Buş Hyuston xəstəxanasından evə buraxılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, aprelin ortalarında pnevmoniya ilə əlaqədar xəstəxanaya yerləşdirilən Ata Buş cümə günü evə buraxılıb.

"Corc Buşa müvafiq tibbi yardım göstərilib. Onun həyatına təhlükə olmadığı bildirilir", deyə sabiq prezidentin nümayəndəsi bildirib.
 
1989-1993-cü illərdə prezident postunu tutan Corc Buş hazırda həyatda olan ABŞ eks-prezidentlərinin ən yaşlısıdır.
 
Qeyd edək ki, 92 yaşlı C.Buş parkinson xəstəliyindən əziyyət çəkir və xüsusi kresloda hərəkət edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR