Tarkan 50 avroluq nahar etdi, ofisiantlara 450 avro bəxşiş verdi

Tarkan 50 avroluq nahar etdi, ofisiantlara 450 avro bəxşiş verdi
22:52 28 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Tarkan həyat yoldaşı Pınar Tevetoğlu ilə Almaniyanın Ziqburq şəhərində "Tuscolo" adlı pizza restoranında nahar edib. 

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sənətçi yeyib-içdikdən sonra 50 avro hesab ödəyib. 

Meqastar onunla xanımına xidmət edən iki türk ofisianta jest edərək 450 avro bəxşiş verib. 

Qeyd edək ki, Tarkan sadəcə musiqi sahəsindəki uğurları ilə deyil, həm də uşaqlar, təhsil, ətraf mühit və heyvanlarla bağlı fəaliyyət göstərən bir çox dərnəyə göstərdiyi külli miqdarda maliyyə yardımı ilə həmkarlarından fərqlənir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR